Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qüdsdə ölülərini gərgin şəraitdə dəfn edirlər - FOTOlar

Qüdsdə ölülərini gərgin şəraitdə dəfn edirlər - FOTOlar

Tarix: 14 Oktyabr 2023 08:22

HƏMAS qruplaşmasının İsraili raket atəşinə tutması nəticəsində İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatları davam edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ən son məlumata görə, HƏMAS-ın İsrailə hücumu nəticəsində 1300 israilli ölüb, Qəzzada ölənlərin sayı isə 1799 nəfərdir.

İsrail əsgərləri ölülərini Qüdsdə gərgin şəraitində dəfn etməyə məcbur olublar.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.


Etiketlər:  Qüdsdə ölülərini gərgin şəraitdə dəfn edirlər FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ