Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2023 17:12
Hərbi əməliyyatın əsas prioriteti tunellərdə saxlanılan girovların xilas edilməsidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrail ordusunun sözçüsü Conatan Konrikus deyib.
"HƏMAS terrorçuları tərəfindən oğurlanan 150-200 nəfər çox güman ki, müxtəlif yerlərdəki tunellərdə saxlanılır. Müasir hərbçilər üçün belə sıx məskunlaşmış şəhər ərazilərində döyüşmək son dərəcə çətindir. İsrail ordusu mülki əhaliyə hücum etməyəcək. Biz xatırlamalıyıq ki, mülki əhalini qalxan kimi, mülki infrastrukturu hərbi məqsədlər üçün istifadə edə bilən amansız düşmənlə vuruşmağa hazırlaşırıq", - Konrikus bildirib.