Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail rəsmisi İranı bunda ittiham etdi - FOTO

İsrail rəsmisi İranı bunda ittiham etdi - FOTO

Tarix: 15 Oktyabr 2023 18:12

İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İranı İsrail ordusunun ölkənin cənubunda Qəzza zolağında HƏMAS radikallarına qarşı əməliyyat keçirərkən Suriya ərazisindən strateji silahlar daşıyaraq yəhudi dövlətinin şimalında ikinci cəbhə açmağa çalışmaqda ittiham edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "X" (keçmiş "Twitter") sosial şəbəkəsinin istifadəçisi Coel Reybern öz hesabında aşağıdakı mətni paylaşıb:

"İsrailin Dəməşq və Hələb hava limanlarını sıradan çıxarmaq üçün vurduğu zərbələr, mənim fikrimcə, 1) İran rejiminin şimalda [İsrail] cəbhə açmaq üçün strateji silahları Suriyaya və ya Suriyadan keçirməyə çalışdığına dair tutarlı sübutdur və 2) israillilər bunun qarşısını almaqda qərarlıdırlar".

C. Zarka bu paylaşıma yazdığı şərhdə belə deyilir:

"1. Onlar (İran - red.) bunu edir (silahları ötürür - red.) 2. Biz (İsrail - red.) tam qətiyyətliyik".

Xatırladaq ki, Oktyabrın 12-də "SANA" Agentliyi İsrail Silahlı Qüvvələrini Dəməşq və Hələb beynəlxalq hava limanlarına eyni vaxtda raket zərbələri endirməkdə ittiham edib. Atışma nəticəsində uçuş-enmə zolaqları zədələnib və nəticədə onlar yararsız hala düşüb.


Etiketlər:  İsrail rəsmisi İranı bunda ittiham etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ