Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS-ın İsrailə atdığı raketlərin sayı açıqlandı

HƏMAS-ın İsrailə atdığı raketlərin sayı açıqlandı

Tarix: 15 Oktyabr 2023 21:02

Oktyabrın 7-dən HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağından İsrail ərazisinə 6 300 raket atılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Today in Israel" resursu məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Milli.Az


Etiketlər:  HƏMAS İsrailə atdığı raketlərin sayı açıqlandı


RƏYLƏR