Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 07:36
"ABŞ Konqresinin yuxarı palatası Vaşinqtona İrana qarşı hərbi əməliyyatlar aparmağa imkan verən qətnaməyə baxacaq".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem NBC telekanalında danışıb.
Qrem vurğulayıb ki, o, özü də müvafiq təklifi Senata təqdim edəcək.
Senator, "Hizbullah" və HƏMAS-a maliyyəni kəsmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bildirib, çünki bu təşkilatlar üçün maliyyənin böyük hissəsi İrandan gəlir.
"İranın müvəkkil qüvvəsi olan "Hizbullah" İsrailə böyük bir hücum etsə, mən bunu İsrail dövləti üçün ekzistensial təhlükə hesab edərdim", - Qrem bəyan edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağında olan fələstinli radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.