Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin avtomobillərinə tələbat niyə artıb? - Putindən cavab

Çin avtomobillərinə tələbat niyə artıb? - Putindən cavab

Tarix: 16 Oktyabr 2023 12:14

Rusiya Federasiyasının prezidenti Vladimir Putin "China Media Corporation"a müsahibəsində Çin avtomobillərinə tələbatın artdığını bildirib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Putinin fikrincə, bunun səbəbi həmin avtomobillərin keyfiyyətcə yaxşı olmasından irəli gəlir:

"Çin avtomobillərinin keyfiyyəti yaxşılaşır, ona görə də istehlakçılarımız sevinirlər. Xüsusilə qiymət/keyfiyyət nisbəti baxımından Çinli istehsalçıların məhsullarına diqqət yetirmək lazımdır".

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Rusiyada 283 min 603 ədəd Çin markalı avtomobil satılıb. Model reytinqində Çindən ən çox satılan avtomobillər Chery Tiggo 7 Pro, Haval Jolion, Geely Coolray, Omoda C5 və Chery Tiggo 4 Pro olub.


Etiketlər:  Çin avtomobillərinə tələbat niyə artıb Putindən cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ