Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin İsrail və Fələstin liderləri ilə danışıb

Putin İsrail və Fələstin liderləri ilə danışıb

Tarix: 16 Oktyabr 2023 19:24

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Putin İsrail-HAMAS müharibəsi başlayandan bəri ilk dəfə Netanyahu ilə telefonla danışıb.

Telefon danışığı zamanı İsraildəki mövcud vəziyyət və Qəzzadakı humanitar böhran müzakirə olunub.

Rusiya prezidenti Netanyahudan sonra Fələstin Prezidenti Mahmud Abbasla da telefonla danışıb. WAFA agentliyinin məlumatına görə, Mahmud Abbas Putinlə söhbətində Rusiyanın Fələstin xalqının hüquqlarına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Milli.Az


Etiketlər:  Putin İsrail Fələstin liderləri ilə danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ