Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 09:00
Hazırda qrip, kəskin respirator infeksiyaların yayıldığı bir dövrdə Rusiyanın səhiyyə nazirliyi əhaliyə müalicədə səhvlərə yol verməmək barədə xəbərdarlıq edir.
Sonxeber.net xəbər verir ki, qripin ilk günü ağırlaşmadan qorxaraq insanlar dərhal antibiotik alıb özbaşına içirlər.
Bununla da özləri də bilmədən orqanizmi ağırlaşdırır, immuniteti çaşdırırlar.
İndiki qrip uşaqlar və yaşlı insanlar tərəfindən ağır keçirilir.
Antibiotiklər virus xəstəliklərini müalicə etmir, viruslara təsir etmir. Əvəzində onlar normal bağırsaq mikroflorasını öldürür, immuniteti zəiflədirlər.
Antibiotiklər o halda təyin edilir ki, qrip ağırlaşması olaraq ağciyərlərdə, burunda, boğazda bakterial infeksiya ocağı yaranıb.
Onu da hər antibiotiklə müalicə edilmir. Hər bir bakterioloji infeksiyanın spesifik antibiotiki var. /medicina.az