Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS-ın hücumuna görə məsuliyyət daşıyıram - Haliva

HƏMAS-ın hücumuna görə məsuliyyət daşıyıram - Haliva

Tarix: 17 Oktyabr 2023 19:36

İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Aharon Xaliva HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücuma keçməsinə imkan verən səhv hesablamalara görə məsuliyyəti öz üzərinə götürüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda o tabeliyində olanlara müraciətində deyib.

"Ən vacib tapşırığımızı yerinə yetirməmişik. Rəhbər kimi bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Son 11 gün ərzində hərbi kəşfiyyat bölmələrinə səfərlərim zamanı hər zaman müharibənin başlanmasının kəşfiyyat uğursuzluğu olduğunu vurğulamışam. Nəyi araşdırmağa ehtiyac var, biz dərindən və hərtərəfli araşdıracağıq. Amma indi yalnız bir vəzifə var - mübarizə aparmaq və qalib gəlmək", - general-mayor bildirib.


Etiketlər:  HƏMAS hücumuna görə məsuliyyət daşıyıram Haliva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ