Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nar qabığını atmayın, bu cür istifadə edin

Nar qabığını atmayın, bu cür istifadə edin

Tarix: 19 Oktyabr 2023 02:42

Havalar soyuduqca insanlar nar, mandarin, portağal, feyxoa kimi qış meyvələrinə üstünlük verir. İnsan sağlamlığına bir çox faydaları olan nar boğaz ağrısı və öskürəyə faydalıdır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırmalara görə, nar qabığı antibakterial xüsusiyyətlərə malikdir və orqanizmi toksinlərdən təmizləməyə kömək edir. Əgər öskürəkdən əziyyət çəkirsinizsə, nar qabığının suyu və ya tozunu qəbul edə bilərsiniz. Nar qabığı ekstraktları da tez-tez ağız qarqaralarında və diş pastalarında istifadə olunur; 

Araşdırmalar göstərir ki, nar şirəsi ürək-damar sağlamlığını qoruyur, təzyiqi, pis xolesterini və qan şəkərini aşağı salır.

Tərkibindəki C, A və E vitaminləri sayəsində görmə sağlamlığını da dəstəkləyən nar suyunun tərkibindəki B və C vitaminləri dərinin sağlamlığına və gözəlliyinə töhfə verir. Nar çəyirdəyi yağının da sağlamlığa çox faydalı təsiri var. Nar toxumu yağı qidalandırıcı və müalicəvi xüsusiyyətlərinə görə qida, əczaçılıq və kosmetika sənayesində funksional tərkib hissəsi kimi istifadə olunur. Nar toxumu yağında fitosterollar var. 

Milli.Az


Etiketlər:  Nar qabığını atmayın bu cür istifadə edin


RƏYLƏR