Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 07:52
Amerika və İsrail kəşfiyyat məlumatları Qəzzadakı Əl-Əhli xəstəxanasında baş verən partlayışda Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl dediyi kimi 500 deyil, "onlarla" insanın həlak olduğunu göstərir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Newsweek"ə ABŞ kəşfiyyatının yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, kəşfiyyat xidməti İsrailin xəstəxanaya hücum etmədiyinə əmindir və "Qəzza zolağından atılan raket xəstəxananın üzərinə deyil, xəstəxananın yanına düşüb".
"Neçə nəfərin öldüyünü dəqiq bilmirik, İsrail də hələ bilmir. Amma bizim və İsrailin kəşfiyyatı göstərir ki, onların sayı uzağı onlarla ölçülür", - kəşfiyyat nümayəndəsi bildirərək bunun da faciə olduğunu vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, Fələstin tərəfinin şişirdilmiş ölənlərin sayı "HƏMAS tərəfindən daha bir kütləvi şişirtmə və açıq yalan halını" nümayiş etdirir.
Xatırladaq ki, daha öncə "Guardian" Əl-Əhli xəstəxanasındakı partlayışla əlaqədar araşdırma aparıb.