Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 10:46
İtaliya kəşfiyyatında Qəzzadakı xəstəxanaya hücumda İsrailin məsuliyyət daşıdığına dair heç bir sübut yoxdur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
"Kəşfiyyatımızın digər ölkələrlə məlumat mübadiləsi zamanı əldə etdiyi materiallardan bəlli olur ki, Qəzzada xəstəxananın bombalanmasına görə məsuliyyət İsrailin üzərinə düşmür", - Tayani bildirib.
Qeyd edək ki, Qəzzada "Əl-Əhli" xəstəxanasına endirilən raket zərbəsi nəticəsində 800-dən çox insan ölüb. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.
İsrailin iddiasına görə, xəstəxanaya "İslami-Cihad" hərəkatının buraxdığı uğursuz raket düşüb.