Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs İrəvanda silahlı insident törədib

Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs İrəvanda silahlı insident törədib

Tarix: 19 Oktyabr 2023 22:22

Qarabağ separatçılarının keçmiş rəhbəri Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs Ermənistanın paytaxtı İrəvanda silahlı insident törədib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə A.Qriboyedov küçəsində qeydə alınıb. İnsidenti törədən şəxs saxlanılıb. Məlumata görə, bu, İrəvanın 50 yaşlı sakini Arman A.-dır. Ondan 8 ədəd patronla dolu "Beretta" markalı tapança aşkar edilərək maddi sübut kimi götürülüb.

O, polisə bildirib ki, tapançanı 2023-cü ildə Arayik Arutyunyandan hədiyyə alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs İrəvanda silahlı insident törədib


RƏYLƏR