Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 17:36
2007-2009-cu illərdə “Mançester Yunayted”də Kriştiano Ronaldo ilə birgə oynamış Karlos Teves portuqaliyalı futbolçu ilə bağlı maraqlı fikirlər səsləndirib.
Qol.az xarici KİV-ə istinadla xəbər verir ki, o deyib: “Ronaldo bütün gününü idman zalında keçirir. Məşqimiz saat 9-da başlayanda mən zala 8-də gəlirdim. Görürdüm ki, o artıq ordadır 7:30-da gəlirdim, yenə məşq edir. Bir dəfə bütün gücümü qoyub saat 6:30-da bazaya gəldim. Ronaldo yenə zaldaydı. O, yuxulu olsa da, yerində idi”.
Xatirladaq ki, hazırda Teves Argentinanın “Boka Xuniors” klubunda oynayır.