Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 15:24
Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs Qarabağ separatçılarının "nümayəndəliyi"nin binasına hücum edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, polisin cəhdinə baxmayaraq, etirazçılar binaya daxil ola bilib.
Sözügedən şəxslər Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.
Separatçıların son "rəhbər"i Samvel Şahramanyanın da binada olduğu bildirilir. Hazırda hadisə yerində vəziyyətin gərgin olduğu vurğulanıb.