Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 18:35
Tez-tez keçirdiyi plastik əməliyyatlarla gündəmə gələn model açıqlaması ilə yenə diqqət mərkəzinə düşüb.
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, 45 yaşlı model Keti Prays 13 dəfə sinə böyütmə əməliyyatı keçirdiyini deyib.
O, qatıldığı verilişlərin birində bədheybətə dönməkdən qorxduğunu da gizlətməyib:
"Mən bədən dismorfik pozuntusundan (özünü bəyənməmək) əziyyət çəkirəm, xarici görünüşümü heç cür bəyənmirəm. Bu səbəbdən, çox sayda plastik əməliyyat etdirmişəm.
Çox qabartdığımın fərqindəyəm, amma özümə mane ola bilmirəm. Bu gedişlə getsə, bədheybətə bənzəyəcəyimdən qorxuram".
Ketinin anası da qızının etdirdiyi əməliyyatlardan narahat olduğunu, hətta dəfələrlə gizli şəkildə həkim qəbulunun baş tutmasının qarşısını aldığını da etiraf edib.
Qeyd edək ki, Keti Prays 5 uşaq anasıdır.