Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 04:51
Alimlər səs texnologiyası ilə diabeti analizsiz təyin etməyi öyrəniblər.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, smartfonlarda yüklənəcək tətbiq süni intelektə birləşdirilib və barmaqdan qan almadan evdə, şəkər olub-olmadığınızı 10 saniyəyə təyin edəcək.
Tətbiqin sınağı zamanı 267 nəfərdən 10 gün ərzində 6 dəfə səsli mesaj yazmaları tələb olunub. Onların çəkisi, boyu, II tip diabet olmaqları barədə süni intelektə məlumatlar yüklənilib.
Tədqiqatçılar 18 mindən çox səs yazısının 14 səs xüsusiyyətlərini təhlil ediblər. M
Bu metodla qadınların 89%-də diaqnoz nisbəti düzgün çıxıb.
Tədqiqatın müəllifi Jaycee Kaufman, araşdırmanın 2-ci tip xəstəliyi olan və olmayan insanların səslərində fərqin olduğunu bildirib.