Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada ölənlərin sayı durmadan artır

Qəzzada ölənlərin sayı durmadan artır

Tarix: 22 Oktyabr 2023 19:10

Oktyabrın 7-dən bu günə qədər Qəzzada dünyasını dəyişənlərin sayı 4651 nəfərə çatıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Ölənlərdən 1873-nün uşaq olduğu qeyd edilib.

Yaralıların sayının isə 14245-ə çatdığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.


Etiketlər:  Qəzzada ölənlərin sayı durmadan artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ