Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ana oğulluğuna ərə getdi – FOTO

Ana oğulluğuna ərə getdi – FOTO

Tarix: 24 Oktyabr 2023 09:44

Tatarıstanda 53 yaşlı ana övladlığa götürdüyü 22 yaşlı oğlu ilə evlənib.

Məlumata görə, qadın oğlanı 8 il böyüdüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu müddət ərzində onların bir-birilə münasibətləri o qədər yaxınlaşıb ki, sonda evlənmək qərarına gəliblər.

Aysılu Çijevskaya-Minqalim Kazandakı uşaq evində müəllim işləyərkən Daniillə tanış olub. Oğlan qadının rəhbərliyi altında ifaçılıq sənətini öyrənib. 14 yaşına çatanda isə Ayisılu onu övladlığa götürüb. Qadın oğlu ilə duet oxuyub, oğlan  müxtəlif müsabiqələrdə iştirak edib.

Yeni evlənənlər ailələrinin yaradıcılıq üzərində qurulduğunu, yaş fərqini hiss etmədiklərini və sosial şəbəkələrdə yazılanlara əhəmiyyət vermədiklərini deyirlər.

Daniildən başqa, Aysılunun 7 övladı var və onlardan yalnız biri doğmadır.

Milli.Az


Etiketlər:  Ana oğulluğuna ərə getdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ