Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sumqayıt”ın futbolçusu hakimi təhqir etdi, ağır cəza aldı

“Sumqayıt”ın futbolçusu hakimi təhqir etdi, ağır cəza aldı

Tarix: 24 Oktyabr 2023 14:10

"Sumqayıt-2"nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turunda, "Sabah-2" ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.

Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan "Sabah-2"nin üzvü Fəxri Məmmədli və "Sumqayıt-2"nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.

Qarşılaşmada "Sabah-2"nin 5, "Sumqayıt-2"nin isə 4 futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.

Milli.Az


Etiketlər:  Sumqayıtın futbolçusu hakimi təhqir etdi ağır cəza aldı


RƏYLƏR