Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 10:44
“Monako” klubu ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, Fransa çempionatında mübarizə aparan knyazlıq təmsilçisinin aparıcı futbolçusu Sesk Fabreqas sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi Fransa kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilmiş “Marsel”lə qarşılaşmada sağ ayaq əzələsini zədələyib.
Artıq 32 yaşlı futbolçu tibbi müayinədən keçib. Onun qeyri-müəyyən müddətə sıradan çıxdığı qeyd olunur. Bir müddət məcburi istirahət edəcək Fabreqasın dəqiq nə vaxt qayıdacağı açıqlanmır.