Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşağının gözü önündə ərini bıçaqladı - ANBAAN VİDEO

Uşağının gözü önündə ərini bıçaqladı - ANBAAN VİDEO

Tarix: 24 Oktyabr 2023 21:38

İstanbulun Kağıthane şəhərində ər-arvad arasında xəyanət iddiası ilə çıxan davanın yeni görüntüləri ortaya çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin anların görüntülərində qadının uşaqların gözü qarşısında ərinə hücum edərək xəsarət yetirdiyi, kişinin ağrıdan qışqırdığı görünür. Yaşananları çarəsiz izləyən gənc cütlüyün övladlarının halı izləyənləri kədərə boğub.

Qeyd edək ki, hadisə ötən həftənin çərşənbə günü saat 12.00 radələrində Kağıthane Şirintepe səmtində Abdülhamit Y. və Nuray Y.  adlı evlilər arasında şiddətli mübahisə bir müddət əvvəl başlamışdı. Hadisə baş verən gün cütlük evdə olarkən aldadıldığı iddiası ilə mübahisə edib. Mübahisə böyüdükcə Əbdülhamit Y. həyat yoldaşını döyməyə başlayıb. Dava daha da şiddətləndiyi üçün Abdülhamit Y. həyat yoldaşını qolundan bıçaqla yaralayıb.

Aldığı yaradan sonra əsəbləri pozulan qadın mətbəxdən çörək bıçağını götürərək çölə çıxan ərinin arxasınca qaçmağa başlayıb. Qəzəbindən dəli olan qadın onu döyən və bıçaqla xəsarət yetirən ərini sinəsinin altından bıçaqlayıb. Bıçaq zərbəsindən səndələnən kişi bir müddət sonra yerə yıxılıb.

Kişinin həyati təhlükə olmadığı öyrənilərkən, qadının müalicə üçün xəstəxanaya getdiyi bildirilib.

Milli.Az


Etiketlər:  Uşağının gözü önündə ərini bıçaqladı ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ