Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 08:02
ABŞ İranla hərbi münaqişəyə girmək potensialına malikdir.
Sonxeber.net unikal.az-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsindəki hesabında bildirib.
Makqreqor hesab edir ki, bu mümkün münaqişə fəlakətə çevrilə bilər.
"Biz İranla müharibəyə doğru gedirik", - deyə Makqreqor yazıb.
Duqlas Makqreqor əlavə edib ki, ABŞ və İran arasında münaqişə yaranarsa, bütün Yaxın Şərq regionu münaqişəyə qarışacaq.