Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 17:02
Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan bildirib ki, Rusiya yaxın illərdə dünyada geosiyasi əhəmiyyətini itirəcək.
Onun sözlərinə görə, Rusiyanın təsirinin azalması hətta Moskvanın dünyanın ən böyük nüvə arsenalına malik olmasına və rolu artacaq Çinlə müttəfiqlik münasibətləri elan etməsinə baxmayaraq baş verəcək.
Sonxeber.net-a The Print-ə istinadən bildirir ki, Çauhan Hindistan Hərbi Hava Qüvvələrinin Banqalorda keçirilən tədbirində çıxışı zamanı deyib ki, dünya köhnə dünya nizamından yeniyə keçid vəziyyətindədir. Lakin planetdəki yeni qüvvələr balansında Rusiyanın rolu azalacaq, general xəbərdarlıq edib.
"Rusiyanın ən böyük nüvə dövləti olmasına baxmayaraq, onun geosiyasi əhəmiyyəti zaman keçdikcə azalacaq. Vaqner üsyanı daxili zəifliyə işarə edir və gələcəyin Rusiyanı nə gözləyəcəyinə işarə edir", - Çauhan deyib.
Çin, Rusiya Federasiyasından fərqli olaraq, geosiyasi əzələlərini gücləndirəcək: o, artıq dünya düzənində "əhəmiyyətli yer tutur" və gələcəkdə daha da "aqressiv" olacaq, general xəbərdarlıq etdi.
Çauhanın fikrincə, Rusiya və Çinin maraqları üst-üstə düşəcək və bir sıra başqa ölkələr də onlara qoşula bilər. Onların arasında ilk növbədə İran və Şimali Koreya kimi "yaramaz dövlətlər" var.
"Bu baxımdan, Hindistan silahlı qüvvələrinin dəyişən dünyanın şərtlərinə və müharibə aparmağın yeni üsullarına cavab vermək üçün transformasiyalara ehtiyacı var", - Hindistan ordusunun Baş Qərargahının rəisi vurğulayıb.