Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 14:16
Azərbaycan Premyer Liqası təmsilçisi "Kəpəz"in futbolçusu Abdullahi Şuaybunun qanında Hepatit B virusu aşkarlanıbmış. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər TV"yə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib.
O bildirib ki, nigeriyalı futbolçu sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və "sağlam" olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, "Kəpəz" klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumatı təsdiq edib: "Bir çox Afrikadan gələn futbolçularda bu virus olur. Uzağa getməyək elə Türkiyədə dəfələrlə bu cür hallar olub. Abdullahi Şuaybuya gəlincə, bəli, onda da Hepatit B virusu aşkarlanıb. Amma bu virus futbolçuda irsidir, sonradan yaranmayıb. Heç bir təhlükəsi yoxdur, yoluxucu deyil. Nigeriyalı futbolçu dəfələrlə klub tərəfindən detallı analizlərə cəlb edilib. Səhhətində, sağlamlığında heç bir çətinlik yoxdur. O, komandamızın əvəzedilməz oyunçularından biridir, fiziki göstəricilərində problem olmur.
Özünü yaxşı hiss edir, daim nəzarət altında da saxlanılır. Bu məsələ niyə gündəmə gətirilib? Futbolçu ilə də söhbət etmişik. O dedi ki, əvvəlki meneceri ilə münasibətləri başa çatıb. Həmin menecer də bu yolla ona problem yaratmağa çalışır. Onunla yolları ayırıb deyə gərginlik yaradır. Menecer tərəfindən belə kampaniya həyata keçirilir. Sağlamlıq baxımından problemi də yoxdur, valideynlərindən keçib bu virus. Həkimlərin də analizlərdən sonra rəyləri var və onlar da bildirir ki, yoluxdurucu ola bilməz".