Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəaltı vəzi xərçənginin gözlənilməz əlamətləri: Bunlar varsa...

Mədəaltı vəzi xərçənginin gözlənilməz əlamətləri: Bunlar varsa...

Tarix: 27 Oktyabr 2023 15:36

Dərinin saralması, qarın və bel ağrıları, arıqlama, nəcisin konsistensiyasının dəyişməsi mədəaltı vəzi xərçənginin əlamətləri ola bilər.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Həzm problemləri, qəbizlik və ishal mədəaltı vəzi xərçənginin inkişafının göstərici ola bilər.  

Bundan əlavə, nəcisin rənginin dəyişməsi xəstəliyin əlamətini göstərə bilər. Steatorreya adlanan vəziyyət nəcisin solğun rəngə çevrilməsinə səbəb ola bilər. Bu, qidadan gələn yağların udulmaması və mədə-bağırsaq traktından xaric olması səbəbindən baş verir.

Eyni zamanda, mədəaltı vəzi xərçəngi lazımsız kilo itkisinə və iştahsızlığa səbəb ola bilər. Digər xəbərdarlıq əlamətlərinə bel və qarın ağrısı daxildir.

Mədəaltı vəzin xərçəngi bədənin digər orqan və toxumalarını sıxaraq qarın nahiyəsində ağrıya səbəb ola bilər.


Etiketlər:  Mədəaltı vəzi xərçənginin gözlənilməz əlamətləri Bunlar varsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ