Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 18:54
Əgər Qəzza məhv edilərsə və onun 2 milyon əhalisi didərgin düşərsə, bu, onilliklərlə davam edəcək bir fəlakət yaradacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"İsrail açıq şəkildə cavabının qəddar olacağını və beynəlxalq hüquqa tam riayət etmədən HƏMAS-ı məhv edəcəyini açıqladı. Qəzzanı və onun mülki əhalisini məhv etmədən HƏMAS-ı məhv etmək mümkün deyil. Regionda münaqişə dayandırılmalı və Qəzza əhalisinə humanitar yardım göstərilməlidir", - rusiyalı nazir vurğulayıb.