Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti: “Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq”

Xalq artisti: “Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq”

Tarix: 29 Oktyabr 2023 15:15

"Bugünkü Musiqi Forumu münasibətilə mən bütün incəsənət xadimlərini təbrik edirəm. Bizim musiqilərimizdəki problemlərin aradan qaldırılması, daha da inkişafı üçün belə bir Forumun keçirilməsi vacibdir. Üç gün davam edən bu Forumda mən düşünürəm ki, bəzi məsələlər gündəmə gələcək və bizim dövlətimiz, Mədəniyyət Nazirliyi tərəfindən nəzərə alınacaq".

Milli.Az xəbər verir ki, bu sözləri Musiqi Formunda "Qafqazinfo"ya açıqlamasında Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova deyib.

"Bu gün gündəmdə olan, bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq. Bəzən bayağı mahnıların yayılmasında televiziya kanallarını günahlandırıram. Ona görə də biz bir çox verilişlərdən çəkilirik. Biz çəkildikcə onlara yer verilir", - sənətçi əlavə edib.

Milli.Az


Etiketlər:  Xalq artisti Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq


RƏYLƏR