Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keniyada partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub

Keniyada partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub

Tarix: 30 Oktyabr 2023 20:20

Keniyanın şimal-şərqində Somali ilə sərhəd yaxınlığında baş verən mina partlayışı nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü isə ağır yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Dadaab şəhərində polis maşını patrul xidməti zamanı minaya düşüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Partlayışın arxasında "Aş-Şabab" terror qruplaşmasının yaraqlılarının ola biləcəyi güman edilir.

Qeyd edək ki, "Aş-Şabab" qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var.


Etiketlər:  Keniyada partlayış nəticəsində polis əməkdaşı həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ