Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google” əsas axtarış sistemi olmaq üçün nə qədər pul xərcləyir?

“Google” əsas axtarış sistemi olmaq üçün nə qədər pul xərcləyir?

Tarix: 31 Oktyabr 2023 10:04

Media "Google"un əsas axtarış sistemi olmaq üçün nə qədər pul ödədiyini araşdırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, şirkət 2023-cü ildə bu məqsədlər üçün 26,3 milyard dollar xərcləyib. Bu, korporasiyanın ən böyük xərci olub.

2014-cü ildən bəri bu məbləğ üç dəfədən çox artıb. Güman olunur ki, pulun böyük hissəsi "Google"un "iPhone" və "Mac" kompüterlərində Safari veb-brauzerində axtarış motoru kimi mövqeyini təmin etmək üçün "Apple"a sərf olunacaq.

Qeyd edək ki, sentyabr ayında ABŞ hökumətinin korporasiyaya qarşı iddiası üzrə tarixi məhkəmə prosesi başlanıb. "Google" rəqibləri ilə "ədalətsiz" rəqabət aparmaqda ittiham olunur. ABŞ səlahiyyətliləri hesab edirlər ki, tərtibatçılarla bu cür razılaşmalar rəqabətə zərər verir.

Milli.Az


Etiketlər:  Google əsas axtarış sistemi olmaq üçün qədər pul xərcləyir


RƏYLƏR