Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir?

Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir?

Tarix: 2 Noyabr 2023 21:32

Sənətçilərin 50 faizindən çoxu öz musiqilərində süni intellektdən istifadəni gizlətməyə üstünlük verdiyi üzə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə qlobal musiqi studiyaları şəbəkəsi "Pirate" Böyük Britaniya, ABŞ və Almaniyadan olan 1141 musiqiçi arasında sorğu keçirib.

Respondentlərin 25%-i artıq öz kompozisiyalarında neyron şəbəkələrdən istifadə etdiklərini etiraf edib. İştirakçıların qalan dörddə üçünün 46%-i gələcəkdə süni intellektlə işləməyə cəhd edəcəklərini bildiriblər.

Respondentlərin ümumi sayından musiqiçilərin 53%-i layihələrində süni intellektdən istifadəni gizlədəcəklərini etiraf edib.

Milli.Az


Etiketlər:  Musiqiçilərin neçə faizi süni intellektdən istifadə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ