Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni vaksinlərin əks-təsiri... - Professor

Yeni vaksinlərin əks-təsiri... - Professor

Tarix: 3 Noyabr 2023 07:51

Kənar maddə bədənə vurulduğu üçün vaksinin əks-təsiri əlbəttə ki, ola bilər. Amma vaksinin faydası əks-təsirindən müqayisə olunmayacaq dərəcədə çoxdur.

Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla mövsümi qriplərlə bağlı Azərbaycana gətirilən vaksinlərin əks-təsiri barədə danışarkən deyib.

"Vaksin olmasaydı, bu gün dünyada milyonlarla insanın həyatına son qoymuş COVİD-19, o cümlədən təbii çiçək virusu tüğyan edər, çox təhlükəli infeksiyalar baş alıb gedərdi. Vaksin elmin təbabətə verdiyi ən böyük nailiyyətlərdən biridir. Hesab edirəm ki, vaksinasiya haqqında gedən pis şayiələr, dezinformasiyalar məqsədlidir və çox adam xəbəri olmadan bu təbliğata qoşulur", - o bildirib.

Professor həmçinin əlavə edib ki, allergiyası və müxtəlif problemləri olan insanlar müəyyən tədbirlər gördükdən sonra vaksin ola bilərlər.


Etiketlər:  Yeni vaksinlərin əks təsiri Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ