Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhkəmə iclasını gecə klubunda keçirdilər

Məhkəmə iclasını gecə klubunda keçirdilər

Tarix: 3 Noyabr 2023 09:58

Sankt-Peterburq Məhkəməsi striptiz-klubda iclas keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, iş üzrə ehtiyacdan irəli gəlib. Belə ki, iddia binanın layihəsinin qanunsuz olaraq yenidən planlaşdırılması ilə bağlı olub.

Klub sahibləri icazə almadan otaqlar arasındakı arakəsmələri söküb, radiatorları çıxarıb, döşəməni dəyişib və binanın drenaj şəbəkələrini kəsiblər.

Şəhər administrasiyasının qeyri-qanuni işlərin nəticələrini aradan qaldırmaq və binanı əvvəlki vəziyyətinə qaytarmaq tələbinin yerinə yetirilməməsi hakimin obyektə gəlişinə səbəb olub və məhkəmə iclası yerindəcə baş tutub.

Milli.Az


Etiketlər:  Məhkəmə iclasını gecə klubunda keçirdilər


RƏYLƏR