Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ata uşağına pul vermirsə, dövlətə verəcək?!”

“Ata uşağına pul vermirsə, dövlətə verəcək?!”

Tarix: 3 Noyabr 2023 18:12

"Mən Aliment Fondunun yaradılmasına qarşıyam".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

"Biz müsəlman dövlətiyik. Bizdə ailə dəyərləri o qədər yüksəkdir ki... Əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun-qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin.

Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün nəzərdə tutulan müavinətlərin, eləcə də uşaqlar anadan olanda ödənilən birdəfəlik müavinətin artırılmasının isə tərəfdarıyam".


Etiketlər:  uşağına vermirsə dövlətə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ