Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hizbullah dəhşətli müharibənin ANONSUNU VERDİ - Hər şey an məsələsidir

Hizbullah dəhşətli müharibənin ANONSUNU VERDİ - Hər şey an məsələsidir

Tarix: 3 Noyabr 2023 23:48

Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullah televiziya ilə xalqa müraciət edib.

Sonxeber.net Referans.az-a istinadən xəbər verir ki, o, çıxışı zamanı Livan cəbhəsinin genişmiqyaslı döyüşə çevrilməsi ehtimalını real adlandırıb. 

Onun sözlərinə görə, vəziyyətin gələcək inkişafı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı fəaliyyətindən asılıdır.

Həsən Nəsrullah qeyd edib ki, Hizbullah Livan cəbhəsində istənilən dəyişikliyə açıqdır. Onun sözlərinə görə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq istəyənlər "Qəzza zolağında müharibəni dərhal dayandırmalıdırlar".

O bildirib ki, Hizbullah Qəzzada atəşkəsə nail olmaqdan əlavə, HƏMAS hərəkatının qələbəsini zəruri məqsəd hesab edir.


Etiketlər:  Hizbullah dəhşətli müharibənin ANONSUNU VERDİ Hər şey məsələsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ