Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu çörək ürək və qan dövranı üçün faydalıdır

Bu çörək ürək və qan dövranı üçün faydalıdır

Tarix: 4 Noyabr 2023 20:24

Buğda unundan çörək, xüsusilə mayalı çörəklər ürək-qan-damar sistemini tıxayır, damarların divarında kirəcləşmə yaradır.

Milli.Az xəbər verir ki, Rothamsted Research Kənd təsərrüfatı institutunun alimləri ürək-damara zərərli olmayacaq çörəyin üzərində işləyiblər.

Onlar adi çörəyə ferment əlavə edərək, onun damarlara və qan dövranına təsirini xeyli yaxşılaşdırıblar.

Bu ferment istehsalatda içkilərin tərkibində istifadə edilir.

Belə ki, fermentlə zənginləşdirilmiş çörəkdə ferul turşusu 5 dəfə çoxalır ki, bu da damarların funksiyasını yaxşılaşdırır.

Ferul turşusu kakao, yaşıl çay, qırmızı şərabda çoxdur.

Lakin çörək hər bir insanın gündəlik çox yediyi qida olduğu üçün onun da belə maddə ilə zəngin olması vacibdir.

Elmi tədiqiqatda 19 gənc kişi iştirak edib. Onlar 2 qrupa ayrılıb. Bir qrupa fermentli çörək verilib, digərlərinə adi.

Fermentli çörək yeyən qrupda 12 gündən sonra orqanizmdə ferul turşusuunun səviyyəsinin artdığı, damar funksiyasının yaxşılaşdığı, qan dövranının düzəldiyi aydınlaşıb

Alimlər bildirir ki, çörək və ya una bu fermentin əlavə edilməsi və satışda daha çox bu çörəyin olması insanların sağlamlığına müsbət təsir edər. /medicina.az

Milli.Az


Etiketlər:  çörək ürək dövranı üçün faydalıdır


RƏYLƏR