Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Vaqner” Putindən xahiş etdi: Bizi Qəzzaya göndər! - VİDEO

“Vaqner” Putindən xahiş etdi: Bizi Qəzzaya göndər! - VİDEO

Tarix: 5 Noyabr 2023 16:36

"Vaqner" üzvlərindən biri Rusiya lideri Vladimir Putinə video-müraciət edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vaqner"in sosial media hesabında məlumat yayılıb.

Üzü bağlı olan vaqnerçi adını çəkmək istəmədiyi yerdən yeni gəldiklərini bildirib:

"Mən müdafiə naziri Şoyquya, Baş Qərargah rəisi Gerasimova deyil, birbaşa Prezident Vladimir Putinə müraciət edirəm: xahiş edirəm, bizi "Vaqner" komandanlığı altında ya Ukraynaya, ya da Fələstinə göndərin!"

O bildirib ki, kimlərləsə hansısa müqavilə bağlamaq istəmirlər (vaqnerçilərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq öhdəliyi qoyulub):

"Biz heç vaxt sizə qarşı olmamışıq, Vladimir Vladimiroviç! Çinki biz vətənpərvərik. Ona görə sizdən acizanə xahiş edirik: icazə verin, Ukrayna və ya Fələstinə "Vaqner" adı altında gedək. İnanırıq ki, siz bizi yaxşı başa düşürsünüz".

O bildirib ki, bununla bağlı vaqnerçilərin Putinə rəsmi məktubu var və o məktub Putinə çatanda, yəqin ki, doğru qərar verəcək.

Milli.Az


Etiketlər:  Vaqner Putindən xahiş etdi Bizi Qəzzaya göndər VİDEO


RƏYLƏR