Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zelenski prezident seçkilərinə hazırlaşmaq barədə göstəriş verib”

“Zelenski prezident seçkilərinə hazırlaşmaq barədə göstəriş verib”

Tarix: 6 Noyabr 2023 13:36

Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinə 2024-cü ilin yazında keçirilməsi planlaşdırılan prezident seçkilərinə hazırlığa başlamaq barədə göstəriş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Espresso" telekanalının efirində ukraynalı deputat Aleksey Qonçarenko açıqlayıb. 

"Məndə olan məlumata görə, Volodimir Zelenski gələn il prezident seçkiləri keçirmək barədə qərar qəbul edib. O, öz ofisinə 2024-cü il martın 31-i keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşmağa dair göstəriş verib", - deyə Ali Radanın deputatı qeyd edib. 

Bununla belə, sözügedən məlumat rəsmi olaraq təsdiq olunmayıb. 

Qeyd edək ki, Ukraynada qanun hərbi vəziyyət zamanı prezident seçkiləri keçirməyi qadağan edir. Cari ilin oktyabr ayında ölkədə parlament seçkiləri keçirilməli olsa da, hərbi vəziyyət rejiminə görə baş tutmayıb.

Milli.Az


Etiketlər:  Zelenski prezident seçkilərinə hazırlaşmaq barədə göstəriş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ