Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 14:33
Bakı. Samir Əli - Trend:
Noyabrın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 9 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin