Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu həftə Bakıda hava necə olacaq?

Bu həftə Bakıda hava necə olacaq?

Tarix: 4 Noyabr 2019 16:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.Azərbaycanın rayonlarında həftə ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.


Etiketlər:  Bu həftə Bakıda hava necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ