Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 23:50
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Almaniyanın "Bayer 04" klubuna qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, rusiyalı qolkiper Bakıdakı qarşılaşmanın ikinci hissəsində dizindən xəsarət alıb.
Matçı sona qədər davam etdirə bilməyən təcrübəli qolkiper 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.
Qeyd edək ki, görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə bitib.