Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahirin komandası məğlub oldu

Mahirin komandası məğlub oldu

Tarix: 10 Noyabr 2023 09:22

Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Çexiyada "Viktoriya"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Viktoriya" xallarının sayını 12-yə çatdırıb və 1/8 finala vəsiqəni təmin edib.

Mahir də bu oyunun iştirakçısı olub. O, start heyədə meydana çıxıb və 46-cı dəqiqədə Sandro Kulenoviç ilə əvəzlənib.

Qrupun digər matçında isə "Astana" "Balkani" ilə heç-heçə edib - 0:0.

Konfrans Liqası, qrup mərhələsi, 4-cü tur

"Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Tomas Çori, 35-pen.

"Astana" (Qazaxıstan) - "Balkani" (Kosovo) - 0:0

Xallar: "Viktoriya" - 12, "Astana" - 4, "Balkani" - 4, "Dinamo" - 3.

Milli.Az


Etiketlər:  Mahirin komandası məğlub oldu


RƏYLƏR