Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət

Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət

Tarix: 10 Noyabr 2023 12:16

Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmirlər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Onlardan biri Karen Hovakimyan bildirib ki, onlar 2 həftə ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar, lakin artıq bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar, çünki Ermənistan tərəfinin sərhəd xidməti yaxşı işləmir.

Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Avtomobillərin sürücüləri bilmirlər ki, Ermənistan tərəfdəki keçid məntəqəsinin açılmasını və həmin ölkəyə daxil olmaq imkanını nə qədər gözləməli olacaqlar.


Etiketlər:  Ermənistan Gürcüstan sərhədinin keçid məntəqəsində gərgin vəziyyət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ