Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Səni bizdən aldı getdi o qatar"

Tarix: 10 Noyabr 2023 20:27

"Daha bir böyük, yeri dolmayacaq, təkrarsız bəstəkarımız Mobil Babayevi itirdik. Barmaqları toxunduğu hər sətir, sənət əsəri idi".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri sosial şəbəkədə Xalq artisti Flora Kərimova ötən gün vəfat edən Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev haqda yazıb.

"Filmlərimiz üçün bəstələri, mahnıları musiqi tariximizdə adı böyüklüyündə sillinməz səhifədir. Gözəl insan, dost, şəxiyyət xüsusiyyətindən öncə vətənpərvər vətəndaş idi. Allah rəhmət etsin! Əzizlərinə, doğmalarına Tanrıdan səbr və mətanət diləyirəm. Səni bizdən aldı getdi o qatar" deyə, sənətçi qeyd edib.

Qeyd edək ki, Mobil Babayev bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Milli.Az


Etiketlər:  Səni bizdən aldı getdi o qatar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ