Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anlaşılmaz rəsmlər niyə hərracda milyonlarla dollara satılır? - AÇIQLAMA

Anlaşılmaz rəsmlər niyə hərracda milyonlarla dollara satılır? - AÇIQLAMA

Tarix: 11 Noyabr 2023 21:54

Tez- tez hansısa anlaşılmaz bir əsərin yüz milyonlarla dollar qiymətə satılması barədə xəbərlər eşidirik. Çox zaman abstrakt mövzuda olan, modernizm adlandırılan belə əsərləri anlaya bilmirik və bunu "yəqin bizim sənətdən başımız çıxmır" şəklində yozuruq.

Məsələn, Kazimir Maleviçin 1915-ci ildə çəkilmiş və milyonlarla qiymət biçilmiş "Qara kvadrat" əsərini anlaya bilmirəm.

O cümlədən, hərracda 69,6 milyon dollara satılmış "Adsız" adı verilmiş ( Onu "Cızmaqara" adlandırardım) Say Tvombil imzalı əsər də mənə anlaşılmazdır.

Sənət bizə estetik zövq aşılamalıdır. Bəs o zaman Mark Rotkonun 28 milyonluq "Adsız"ı, Barnett Nyumanın 43,8 milyonluq "Onement VI", Mark Rotkonun 87 milyonluq "Narıncı, qırmızı, sarı"  tabloları həvəskarına nə demək istəyir? Rəssamlıq əsəri axı tapmaca deyil, ona baş sındırmaq və ya pis mənada təəccüblənmək üçün baxmırsan.

Baxırsan və düşünürsən ki, milyonlar verilmiş bu əsərləri hansısa balaca uşaq da rahatlıqla çəkə bilərdi. Hətta bəlkə rəssam evdə övladının kətan üzərinə tökdüyü boyanı rəsm əsəri adıyla "kətan pulu zay olmasın deyə" tamaşaçıya sırımağa çalışır. Adını da qoyur böyük əsər, yüksək sənət.

Özünü intelligent adlandıran bir çoxları da əsərə baxa-baxa bir şey anlamasalar belə, "bu yaradıcılıq sancısıdır" deyib tərifləməyə başlayırlar.

Bəlkə yanılıram. Bu suala ən yaxşı cavabı sənətşünas verər deyə düşündüm.

Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin Lent.az-a verdiyi açıqlamaya görə, əslində adı çəkilən həmin tablolar sənət filan deyil. Sadəcə hərrac evinin oyunları nəticəsində bir çox əl işləri yüksək sənət əsəri adı altında satışa çıxarılır, milyonlar qazandırır.

"Qara kvadrat əslində sənətin öldüyü günün başlanğıcıdır, ona görə qaralanıb. Bunu sənət nümunəsi adlandırmaq olmaz. O cümlədən, hərraclarda milyonlarla qiymətə satılan bir çox anlaşılmaz cızmaqaralar da elə hərracların öz layihəsidir. Ağlı olan almaz. Söz yox ki, bu dediklərim hərracda satılan hər əsərə aid deyil",- deyə o bildirib.

Bax belə. Məşhur təmsildə deyildiyi kimi, olmasaydı dünyada sarsaqlar...


Etiketlər:  Anlaşılmaz rəsmlər niyə hərracda milyonlarla dollara satılır AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ