Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azarkeşlər arasında kütləvi dava: Çempionat yarımçıq qaldı - FOTO

Azarkeşlər arasında kütləvi dava: Çempionat yarımçıq qaldı - FOTO

Tarix: 12 Noyabr 2023 12:28

Futbol üzrə Braziliya çempionatının oyunu azarkeşlər arasında baş verən kütləvi davaya görə yarımçıq dayandırılıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, məlumata görə, 34-cü turun "Koritiba"-"Kruzeyro" matçı meydanda azarkeşlər arasında baş verən kütləvi davaya görə ikinci hissəyə əlavə olunmuş vaxtda yarımçıq qalıb.

İkinci hissəyə əlavə edilən ilk dəqiqədə "Koritiba"nın hücumçusu Robson hesabı açaraq komandasını önə çıxarıb - 1:0. Qoldan sonra onlarla azarkeş meydana çıxıb və kütləvi dava başlayıb. Polis bir neçə dəqiqə sonra - azarkeşlər artıq meydana daxil olduqdan sonra hadisə yerinə gəlib.

Futbolçular meydanı tərk ediblər, hüquq-mühafizə orqanları isə azarkeşlərin yarıdan çoxunu tribunadan uzaqlaşdırıb.

Qeyd edək ki, "Kruzeyro" 31 oyundan 37 xalla Braziliya çempionatının turnir cədvəlində 17-ci yerdədir. "Koritiba" 33 oyundan sonra 26 xalla 19-cudur.


Etiketlər:  Azarkeşlər arasında kütləvi dava Çempionat yarımçıq qaldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ