Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibə də olsa, Olimpiada keçiriləcək - Bax

Müharibə də olsa, Olimpiada keçiriləcək - Bax

Tarix: 12 Noyabr 2023 20:14

Beynəlxalq Olimpiya Komitəsi artan hərbi münaqişələrə görə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarını ləğv etməyi düşünmür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax deyib.

"Çox güclü geosiyasi gərginlik var, amma Parisdəki Olimpiya oyunlarını qurban verəcəyimizi söyləmək tamamilə yanlış yanaşma olardı. Hökumətlər və ölkələr arasında çoxlu müharibələrimiz olub, lakin idmançılar həmişə oyunlarda iştirak ediblər. Bu, Olimpiya missiyasına uyğundur. Dünya müharibəsinin olub-olmayacağını bilmirəm, amma Beynəlxalq Olimpiya Komitəsi idmanın əsas ideyasına xəyanət edə bilməz", - Bax bildirib.

Milli.Az


Etiketlər:  Müharibə olsa Olimpiada keçiriləcək Bax


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ