Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çörəyi soyuducuda saxlamaq olar?

Çörəyi soyuducuda saxlamaq olar?

Tarix: 13 Noyabr 2023 03:42

Bir çox insan çörək saxlayarkən səhv edir. Məsələn, onu soyuducuda saxlamaq olmaz.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bunu ROSBIOTEX Universitetinin taxıl, çörəkçilik və qənnadı texnologiyaları kafedrasının müəllimi Valeri Burmatnov bildirib.

Mütəxəssisin sözlərinə görə, bu şəkildə saxlandıqda bişmiş məhsullar tez nəmini itirir və bayatlaşır. Burmatnov əlavə edib ki, soyuducunun üst rəflərində temperatur üstəgəl 2 dərəcədir və bir neçə gün ərzində bu temperaturda çörək köhnəlməyə başlayır.

O qeyd edib ki, adətən istənilən çörək və çörək məhsulları 5-6 gündən sonra köhnəlməyə başlayır.

Gələcəkdə istifadə etmək üçün çörək ehtiyatı saxlamağı sevənlər üçün mütəxəssis bişmiş məhsulları dilimlərə kəsdikdən və plastik, yaxud qidalar üçün nəzərdə tutulan folqalara qablaşdırdıqdan sonra dondurucuya qoymağı məsləhət görür. Soyuducudakı mənfi 16...18 dərəcədə bişmiş məhsullar üç-dörd aya, mənfi 25 dərəcədə isə altı aya qədər qalacaq.


Etiketlər:  Çörəyi soyuducuda saxlamaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ