Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adil Şükürov kimləri özünə köməkçi götürdü?

Adil Şükürov kimləri özünə köməkçi götürdü?

Tarix: 13 Noyabr 2023 12:50

"Kəpəz"in yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı özünə əsas yardımçı kimi İlyas Qurbanovu götürüb.

Onlar vaxtilə "Bakı"da həm futbolçu, həm də məşqçi kimi yoldaşlıq etmiş cütlükdür. Qurbanov buna kimi "Neftçi"nin U-19 komandasını çalışdırıb.

Şükürov "Kəpəz"in akademiyasında çalışan Zaur Əsədovu da öz korpusuna daxil edib. Həmçinin analitik kimi İlkin Hacıyevi.

O, Azər Məmmədovla bərabər işləmiş Tariyel Hüseynovu qapıçılar üzrə məşqçi vəzifəsində saxlayıb.

"Kəpəz" bu gün yeni baş məşqçisini rəsmən ictimaiyyətə təqdim edəcək.Bu münasibətlə klubun bazasında tədbir (saat 14:00) keçiriləcək.

Milli.Az


Etiketlər:  Adil Şükürov kimləri özünə köməkçi götürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ