Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailli məşhur aktyor öldürüldü - FOTO

İsrailli məşhur aktyor öldürüldü - FOTO

Tarix: 13 Noyabr 2023 13:45

"Netflix"- in məşhur "Fauda" serialında rol alan israilli aktyor Matan Meirin HƏMAS qüvvələri tərəfindən öldürüldüyü bildirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Meir həm də İsrailin 551-ci briqadasının 697-ci batalyonunda ehtiyatda olan əsgər kimi xidmət edirdi.

Fauda serialının sosial media hesabından edilən şərhdə, "Fauda ailə üzvlərimizdən biri olan Matan Meirin Qəzzadakı qarşıdurmada öldürüldüyünü paylaşmaqdan çox təssüf hissi keçiririk. Matan komandanın ayrılmaz üzvü idi. Matanın ailəsinə və yaxınlarına başsağlığı veririk." deyilib.

Milli.Az


Etiketlər:  İsrailli məşhur aktyor öldürüldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ